Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları
Polşanın Raşin şəhərində keçiriləcək yeniyetmələr və 23 yaşadək gənclər arasında Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları müəyyənləşib.
Msport.az Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, milli komanda turnirdə 11 idmançı ilə təmsil olunacaq.
Yeniyetmə oğlanların mübarizəsində Elşən Məmmədov (61 kiloqram), Qasım İsmayılov (67 kiloqram), Mahmud Qədirov (73 kiloqram), Ravin Əlməmmədov (81 kiloqram), Nurlan Məmmədzadə (89 kiloqram), qızlar arasında Rahilə Hüseynzadə (81 kiloqram) gücünü yoxlayacaq.
U-23 oğlanların yarışında Tehran Məmmədov, Fuad Həsənov (hər ikisi 67 kiloqram), Ömər Cavadov, Fuqan Əliyev (hər ikisi 81 kiloqram) və Əli Şükürlü (109 kiloqram) qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa birinciliyi oktyabrın 26-dan noyabrın 3-dək təşkil olunacaq.