featured-image-77085

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Avropa çempionatına start verilib.

Msport.az xəbər verir ki, milli komandamız bu gün 2 bürünc medal qazanıb.

60 kq çəki dərəcəsində çıxış edən Əhməd Yusifov 3-cü yer uğrunda görüşdə komandamızın digər üzvü Balabəy Ağayevi məğlub edib.

66 kq çəki dərəcəsindəki təmsilçimiz Turan Bayramov bürünc mükafat uğrunda qarşılaşmada rusiyalı Abdulla Parçiyevdən üstün olub.

Qızların yarışında çıxış edən Şəfəq Həmidova, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Leyla Əliyeva (hər ikisi 52 kq) mükafatçılar sırasına düşə bilməyiblər.

 

 

 

 

 

 

 

 

Bənzər xəbərlər