featured-image-47044

Yunanıstanın ev sahibliyi etdiyi qadın şahmatçılar arasında şəxsi Avropa çempionatında IV turun oyunları keçirilib.

Msport.az-ın məlumatına görə, ilk 3 turda rəqibini məğlub edən Ülviyyə Fətəliyeva 4-cü qalibiyyətini əldə edib.

Hesabat turunda qrossmeyster Polşanı təmsil edən Martina Vikarı məğlub edib.

Şahmatçılarımızdan Gövhər Beydullayeva, Gülnar Məmmədova və Səbinə Rzalı da turu qələbə ilə başa vurublar.

Avropa çempionatı

4-cü tur

Ülviyyə Fətəliyeva – Martina Vikar (Polşa) 1:0
Alisiya Sliviçka (Polşa) – Günay Məmmədzadə 1:0
Gövhər Beydullayeva – Anastasiya Raxmanqulova (Ukrayna) 1:0
Ellen Frederisiya Nilssen (Norveç) – Xanım Balacayeva 0,5:0,5
Lilit Mkrtıçyan (Ermənistan) – Ayan Allahverdiyeva 0,5:0,5
Səbinə İbrahimova – Ann Mathadze Bujiaşvili (İspaniya) 0,5:0,5
Gülnar Məmmədova – Emiliya Dik-Sala (Avstriya) 1:0
Səbina Rzalı – Miruna-Daria Lehaçi (Rumıniya) 1:0
Ana İnes Teyşeyra da Silva (Portuqaliya) – Ləman Hacıyeva 0,5:0,5
Şlomit Vardi (İsrail) – Nərmin Abdinova 0,5:0,5

Qeyd edək ki, 4 turdan sonra iki şahmatçı maksimum xalla ilk pillələrdə qərarlaşıb. İtkisiz irəliləyən Ülviyyə Fətəliyeva və ispaniyalı Marta Qarsiya 1-2-ci yerləri bölüşdürür. Bu gün keçiriləcək 5-ci turda Ü.Fətəliyeva qara fiqurlarla M.Qarsiyaya qarşı mübarizə aparacaq.

Bənzər xəbərlər