featured-image-64283

Azərbaycanın daha iki cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında  bürünc medal qazana bilər.

Msport.az xəbər verir ki, yarımfinalda məğlub olan Murad Fətiyev və Zelim Tçkayev (hər ikisi 81 kq) üçüncü yer uğrunda görüşdə güclərini sınayacaqlar.

Daha əvvəl Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Bənzər xəbərlər