Avropa çempionatında qalmaqal
Bu gün Monteneqroda start götürəcək Avropa çempionatında qarışıq komanda yarışlarının püşkatması təkrarlanacaq.
Msport.az xəbər verir ki, bu barədə Avropa Cüdo İttifaqı məlumat yayıb.
Dünən keçirilən püşkatma zamanı yarış təlimatlarının pozularaq 8 komanda əvəzinə yalnız 4 komanda səbətlərə səpələnib. Bu gün final blokundan əvvəl növbəti dəfə püşkatma baş tutacaq.
Qeyd edək ki, püşkatmanın nəticəsinə görə, Azərbaycan yığması İtaliya ilə qarşılaşmalı idi.