featured-image-62241

Azərbaycan idmançıları Serbiyanın paytaxtı Belqradda keçirilən IMMAF Avropa Çempionatında iştirak ediblər. Msport.az xəbər verir ki, “Ranko Zeravica Sports Hall” idman kompleksində baş tutan yarışda Azərbaycan MMA Federasiyasının (AZMMAF) prezidenti Rövşən Həsənovun rəhbərliyi altında idmançılar 7 medal qazanıb.

10-11 yaşlıların kateqoriyasında çıxış edən Eldar Həsənli bütün rəqiblərinə qalib gələrək çempion olub. 18-21 yaşlıların kateqoriyasında Ələkbər Mahmudov, 21 yaşdan yuxarı idmançıların mübarizəsində isə Sahil Şakirov ən yüksək əyarlı medala layiq görülməklə çempionluq sevinci yaşayıb.
Yalnız finalda məğlub olan Mətin Əmirli və Cəfərsadiq Mirzəyev Avropa çempionatının gümüş medalını qazanıb. Digər idmançılarımız Əli Novruzlu və Səlahəddin Rəhimov isə qitə yarışını üçüncü pillədə başa vurub.

Avropa çempionatında milli komanda baş məşqçi Şəhriyar Abbasov, məşqçilər Ravil Fətullayev və Natiq Novruzzadənin rəhbərliyi altında hazırlaşıb.
Qeyd edək ki, qitə yarışında azərbaycanlı hakimlər Vüsal Bayramov və Rəsul Ağayev ədalət təmsilçisi kimi ölkəmizi təmsil edib.

Bənzər xəbərlər