featured-image-47676

Yunanıstanda Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında şəxsi Avropa çempionatında qızıl medal qazanan Azərbaycan təmsilçisi Ülviyyə Fətəliyevaya mahnı həsr edilib.

Msport.az xəbər verir ki, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan mahnı “Euphonious Tribute” adlanır və artıq sosial şəbəkələrdə də yayılıb.

Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.

Bənzər xəbərlər