Avropa Liqası: “Qarabağ” heyətində dəyişiklik etdi
“Qarabağ” Avropa Liqasının ikinci təsnifat mərhələsində Sofiya CSKA-sı ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Msport.az xəbər verir ki, “Vestri” (İslandiya) oyununda olduğu kimi Joni Montiel və Jeremi Qnali yenə heyətdə yer almayıb.
Bundan başqa bu dəfəki oyunlar üçün müdafiəçi Dani Bolt iştirak ərizəsindən çıxarılıb, onun əvəzinə isə legioner qismində yeni qapıçı Martin Zlomisliç heyətə daxil edilib.
Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Teymur Həsənov, Dominik Zlomisliç, Bilal Hacıyev, Mateuş Koxalski;
Müdafiəçilər: Mateus Silva, Bense Varkonyi, Bruno Lanqa, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov;
Yarımmüdafiəçilər: Jali Muaddib, Marko Yankoviç, Abdullah Zubir, Kadi Borges, Aleksey Kaşuk, Cebrail Makreckis, Hikmət Cəbrayılzadə, Pedro Bikalyo, Əli Bəşirov, Samuel Lobato;
Hücumçular: Zəkəriyyə Savo, Musa Qurbanlı, Renaldo Sefas.
Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda iyulun 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda “CSKA Sofia” klubunu qəbul edəcək. Saat 20:00-da başlayacaq görüşün cavab qarşılaşması isə bir həftə sonra Sofiyada keçiriləcək.
Ağdam təmsilçisi Avropa Liqasının birinci təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu hər iki oyunda 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.







