Avropa Liqası: “Qarabağ” üçün 100 bilet
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda İslandiyada “Vestri”nin qonağı olacaq “Qarabağ”a 100 bilet ayrılıb.
Msport.az xəbər verir ki, komanda sabah saat 16:00-da çarter reysi ilə birbaşa İslandiyaya yollanacaq.
Matçdan bir gün əvvəl plana uyğun olaraq mətbuat konfransı və komandanın açıq məşqi keçiriləcək. Azarkeşlər üçün isə 100 bilet ayrılıb.
Qeyd edək ki, “Vestri” – “Qarabağ” oyunu iyulun 16-da Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bakıdakı ilk oyunda “Qarabağ” 3:0 hesablı qələbə qazanıb.







