featured-image-11721

Hücumçusu Andreas Korneliusu Danimarkanın “Kopenhagen” klubuna satan Türkiyə çempionu “Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Super Liqa təmsilçisi Niderlandın “Ayaks” klubunun yarımmüdafiəçisi Naci Ünüvarı icarəyə götürüb.

19 yaşlı vinger mövsümün sonuna kimi Trabzon klubunda forma geyinəcək. Bir mövsümlük icarə üçün “Ayaks”a 150 min avro ödəniləcək. Futbolçunun özü isə yeni klubunda bütövlükdə 7 milyon 280 min TL gəlir əldə edəcək.

Naci Ünüvar “Ayaks”ın yetirməsidir. O, sözügedən klubun əsas komandasında cəmi 2 oyun keçirib, 1 qol vurub. Niderlandda dünyaya göz açmış Türkiyə əsilli Ünüvar, bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında oynayıb. Yarımmüdafiəçi hazırda Niderlandın U-19 yığmasında çıxış edir.

Bənzər xəbərlər