featured-image-63698

Azərbaycan I Liqasında “Ayın qolu” layihəsi çərçivəsində fevralın ən yaxşı qolunun müəllifi Ramil Orucov mükafatlandırılıb.

Msport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, MOİK-in futbolçusuna mükafatı XXI turda baş tutan MOİK – “Cəbrayıl” qarşılaşmasından əvvəl PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.

Görüş Binə qəsəbə stadionunda keçirilib.

Bənzər xəbərlər