featured-image-24930

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 26-cı turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun oldu. “Qəbələ”nin oturuşmuş heyəti var, yüksək pillələr uğrunda mübarizə aparırlar. Biz bu gün daha çox nəticəni fikirləşirdik. Evdə bəzi matçlarımız olub ki, yaxşı oynayıb məğlub olmuşuq. Bu, futbolçuların üzərində psixoloji gərginlik yaradırdı. Hava isti idi. Keçid dövrüdür, bir-iki matç çətin olacaq. Bizim də, rəqibin də qol vəziyyətləri oldu. Hər xal bizim üçün vacibdir. Dördüncü dövrə çox çətin keçəcək. Yolumuza davam edəcəyik.

Natan Oduvanın zədələnməsi bizim üçün böyük itkidir. “Neftçi” ilə matçda zədələnmişdi. Dünən bizimlə məşq etmişdi, yaxşı idi. Matçdan əvvəl eyni yerdən xəsarət aldı. Runi Eva da zədələndi. İtkilərimiz var. Milli fasilədən sonra gərgin qrafikimiz olacaq. Hamının sağlam olması vacibdir.

Növbəti mövsüm üçün hansısa yeri tutmaq qarşıma məqsəd qoyulmayıb. Ağır keçid dövründən keçdik. Bu gün şükürlər olsun ki, kluba sponsor gəlib. Onların da futbola baxışı önəmli idi. İsətiyirik ki, Tovuza gələn rəqiblər buranın bölgə olmasını hiss etməsinlər. İşıqlandırma sistemi, yeni meydançalar salmaq lazımdır. İnkişaf etmək istəyirik. Rəhbərliyin məndən nə istədiyini bilirəm. Gücüm çatmayan bir şey olsaydı, razı olmazdım. Səbrli olmalıyıq. Bir ildə hər şeyi dəyişmək olmur. Sabit olmaq lazımdır. Bu gün sırf nəticəyə köklənməli deyilik. Rəhbərliyin yanaşması xoşuma gəlir. Hər məşqçi istəyər ki, bir yerdə uzun müddət işləsin. Sağolsunlar ki, mənə güvənirlər. Bizim işimiz çox çətindir. Bizə inanırlar, onların inamını doğrultmalıyıq. Artıq indidən gələn mövsümün komandasını qurmaq istəyirik. İndidən oyunçular izləyirik. “Turan Tovuz”un inkişafı üçün səbrli olmalıyıq”.

Bənzər xəbərlər