featured-image-28993

Bir vaxtlar Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən hesab olunan Budaq Nəsirov karyerasını yenidən bərpa edib.

“Turan Tovuz”da məşqlərə başlayan yarımmüdafiəçi meydanlara qayıtmağı planlaşdırır. Tovuz klubunun baş məşqçisi Ayxan Abbasovun bu barədə fikirlərini öyrənə bildik.

43 yaşlı mütəxəssis Msport.az saytına açıqlamasında Nəsirovun dönüşü ilə bağlı bunları söylədi:

“Budaq hazırda Tovuzdadı. Bilirsiniz ki, futboldan uzaqlaşmışdı, Türkiyədə idi. Oturub danışdıq, futbola qayıtmaq istədiyini dedi. Biz də ona kömək edirik. Əvəzedici komandada məşqlərə başladı. Hələlik fərdi hazırlıqla kifayətlənir. Yaya qədər formasını bərpa eləsin, ondan sonra baxılacaq. Uzun müddətdir futboldan uzaq qalmışdı, amma meydanlara qayıtmağı çox istəyir. Ümid edirik ki, hər şey onun üçün yaxşı olacaq”.

Abbasov futbolçunun hələ ötən yay kluba müraciət etdiyini bildirib: “Biz də dedik ki, kömək edə bilərik. Elə oldu ki, həmin vaxt gələ bilmədi. Tovuza qayıdandan sonra yenidən əlaqə saxladı. Bazaya çağırıb danışdıq. Kömək etmək istəyirik. Çünki potensiallı futbolçudur. Bu yaşda karyerasını bitirməyi üzücü idi. Biz tərəfdən nə dəstək lazımdı, göstəriləcək. Hər şey özündən asılıdır. Bu gün ona həm məşq etmək, həm də oynamaq vacibdir. Digər məsələləri gələcək göstərəcək”.

CAHİD

Bənzər xəbərlər