featured-image-12352

“Neftçi” Azər Əliyevi qış “transper pəncərəsi” zamanı heyətinə qatsa da, 28 yaşlı futbolçu hələ də paytaxt klubunda legioner statusunda oynayır. Sağ cinah yarımmüdafiəçisinin tezliklə yerli pasport alıb, Azərbaycan millisinə dəvət olunacağı gözlənilsə də, bu, baş verməyib. Bəs “Ufa”dan “Neftçi”yə gəlmiş oyunçu nə zaman yerli statusu ilə meydana çıxacaq?

Msport.az xəbər verir ki, “ağ-qaralar”ın idman direktoru Zaur Əzizovun sözlərinə görə məsələ artıq klub və futbolçu səviyyəsini aşıb:

“Azər Əliyev hər kəsin maraqlandığı mövzudur. Yanvarda transfer olunduqdan sonra ona böyük ümidlər var idi. Komandada bir gün də olsa, Azərin üstündən xətt çəkilməyib ki, bu keçid uğursuz alındı. Heç vaxt belə düşünməmişik. Bilirk ki, müəyyən psixoloji məqamlar oldu.

Azər Əliyevə pasport verilməsi ilə bağlı onu deyə bilərəm ki, məsələ klub və futbolçu səviyyəsindən çıxıb. Azər Əliyevin milli komandada çıxış etmək istəyi qeyd olunub və hazırda aidiyyatı qurumlardan cavab gözləyirik”. (CBC Sport)

Bənzər xəbərlər