Azər Məmmədovun köməkçiləri bilindi
“Kəpəz”in baş məşqçisi Azər Məmmədovun köməkçiləri müəyyənləşib.
Klubdan Msport.az-a verilən məlumata görə, məşqçilər korpusunda Xaliq Mərdanov, Etibar İbrahimov, Vasif Vəliyev, Tariyel Hüseynov (qapıçı məşqçi) və İlkin Verdiyev (analitik məşqçi) yer alıb.
Qeyd edək ki, Azər Məmmədov “Kəpəz”də Tərlan Əhmədovu əvəzləyib.







