Azərbaycan atletindən Avropa çempionatında 3 medal
Azərbaycan ağırlıqqaldıranı Əli Şükürlü Polşanın Raşin şəhərində gənclər və 23 yaşadək atletlər arasında keçirilən Avropa birinciliyində 3 medal qazanıb.
Msport.az xəbər verir ki, ən ağır çəkidə çıxış edən idmançı birdən qaldırma hərəkətində 173 kq nəticə göstərərək gümüş medala sahib çıxıb.
Təkanla qaldırma hərəkətində 201 kq ağırlığı başı üzərinə qaldıran Əli Şükürlü bu dəfə üçüncü olub.
Təmsilçimiz toplam çəkidə də ən güclü üçlüyə düşməyi bacarıb. O, 374 kq (173+201) nəticəyə imza ataraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.