featured-image-16716

“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqa Azərbaycan və Belarus futbolunu müqayisə edib.

Msport.az “Belarus 5″ə istinadən xəbər verir ki, o, Azərbaycan Premyer Liqasına çox güclü əcnəbilərin gəldiyini deyib:

“Azərbaycan legionerlərin dəvət olunması baxımından Belarusdan 2 addım öndədir. Türkiyə, Braziliya, Portuqaliya, Almaniya, İspaniyadan çox güclü oyunçular gəlir. Ona görə də “Qarabağ”, “Sabah”, “Neftçi” indi top səviyyəyə uyğundur. Ümumiyyətlə, oyun planı və strategiya nöqteyi-nəzərdən də Azərbaycan futbolu bizə fora verər. Stadionlar, infrastruktur, demək olar ki, hər komandanın bazası var”.

Bənzər xəbərlər