Azərbaycan çempionatı: Qaliblər bilindi
Şahmat üzrə Azərbaycan çempionatının qalibləri bilinib.
Msport.az xəbər verir ki, 8, 10, 12, 14, 16 və 18 yaşadək şahmatçıların yarışına əsasən ən güclülər müəyyənləşib.
Müxtəlif yaş kateqoriyalarında Kənan Babasoy, Mələk Əsədli (8 yaşadək), Atilla Orman, Mehriban Əhmədli (10 yaşadək), Nurlan Əzizli, Fatimə Mirzəliyeva (12 yaşadək), Paşam Əlizadə, Səadət Bəşirli (14 yaşadək), Rüstəm Rüstəmov, Ayan Hüseynli (16 yaşadək), Rəvan Uguzov, Nurtən Nuriyeva (18 yaşadək) birinci yeri tutublar.
Qeyd edək ki, yarışda 136 şahmatçı mübarizə aparıb.