Azərbaycan çempionatında yarımfinalçılar bəlli oldu
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında 9-cu turun görüşləri başa çatıb.
Msport.az xəbər verir ki, 7 xal toplayan Vasif Durarbəyli, hərəyə 6 xalı olan Vüqar Əsədli, Məhəmməd Muradlı və Eltac Səfərli yarımfinala vəsiqə qazanıb.
Sabah başlayacaq yarımfinalda Vasif Durarbəyli Məhəmməd Muradlı ilə, Vüqar Əsədli isə Eltac Səfərliyə qarşı mübarizə aparacaq.
Ölkə çempionu yarımfinal və final görüşündən sonra məlum olacaq.