Azərbaycan çempionatında yay “transfer pəncərəsi”nin vaxtı açıqlandı
Futzal üzrə keçiriləcək Yüksək və Birinci liqalarda yay “transfer pəncərəsi”nin vaxtı müəyyənləşib.
Msport.az xəbər verir ki, iştirakçı komandalar transfer etdikləri oyunçuları avqustun 6-dan oktyabrın 6-sı, saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər.
Yüksək Liqanın startı sentyabrın 18-nə nəzərdə tutulub.