featured-image-46389

Aprelin 11-də kişi şahmatçılar arasında Azərbaycan çempionatına start veriləcək.

Msport.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi eləcə də Azərbaycan Şahmat Federasiyasının birgə təşkil etdiyi yarış 9 turdan ibarət olacaq. İlk 4 yerin sahibi ikinci mərhələdə olimpiya sistemi üzrə mübarizəni davam etdirəcək. Burada şahmatçılar finala vəsiqə uğrunda iki oyun keçirəcək. Qələbə qazanan iştirakçılar çempion adı uğrunda finalda qarşılaşacaq, məğlub olan şahmatçılar isə üçüncü yer uğrunda yarışacaq.

Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat mükafat əldə edəcək.

Qeyd edək ki, kişi şahmatçılar arasında ölkə çempionatı Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında təşkil olunacaq.

Bənzər xəbərlər