featured-image-35425

“Araz-Naxçıvan” futzal klubu 6-cı əcnəbi transferini həyata keçirib.

Msport.az xəbər verir ki, Lazar Milosavlyeviç Azərbaycan çempionu ilə anlaşıb. Serbiya millisinin üzvü UEFA Çempionlar Liqasında “Araz-Naxçıvan”ın formasını geyinəcək. 25 yaşlı futzalçının son klubu “Muvo Lill Metropol” (Fransa) olub.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsi zamanı əcnəbilərdən braziliyalı Erik Dannilo, serbiyalı Ninoslav Aleksiç, özbəkistanlı Husniddin Nişonov, Dilşod Rahmatov və xorvatiyalı Luka Pavloviçi heyətinə qatıb.

Bənzər xəbərlər