featured-image-2076

Azərbaycan Premyer Liqasının 24-cü turunda “Sumqayıt” – “Zirə” oyununda (0:1) maraqlı hadisə yaşanıb.

Msport.az xəbər verir ki, qonaqlar 90+1-ci dəqiqədə David Volkovun vurduğu qolla səfər matçından qələbə ilə ayrılıblar. Son dəqiqələrdə vurulan qol qəsəbə təmsilçisinin böyük sevincinə səbəb olub.

Ehtiyat qapıçı Anar Nəzirov komanda yoldaşlarını qol münasibəti ilə təbrik etmək istərkən Nemanya Andelkoviçi zədələyib. Nəzirovun yumruğu serbiyalı müdafiəçinin üzünə dəyib.

Bənzər xəbərlər