featured-image-11298

Sosial şəbəkələrdə “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevi tənqid edənlər haqqında “çaqqal” ifadəsi işlədən millimizin sabiq üzvü Ruslan Qurbanov paylaşımını silib.

Msport.az xəbər verir ki, yığmamızın heyətində 26 oyun keçirmiş futbolçunun bu fikirləri birmənalı qarşılanmayıb. Hazırda menecer kimi fəaliyyət göstərən Qurbanov fikirlərinin düzgün anlaşılmadığını yazıb:

“Bir daha demək istəyirəm ki, mən xalq haqqında çaqqallar ifadəsi yazmamışam. Məni düz başa düşməyiblər. Azərbaycanı sevirəm və həmişə sevəcəm. Azərbaycanın mənə verdiklərini unutmuram. Hər kəs gözləyirdi ki, “Qarabağ” Çempionlar Liqasının qrupuna düşsün. Hesab 1:0 olarkən, fikirləşirdim ki, “Qarabağ” daha bir tarix yazacaq. Futbolda səhvlər olur və heç kim bundan sığortalanmayıb. Mən Şahruddini müdafiə edən post paylaşdım.

Azarkeşlərin tənqid etməyə haqları çatır, çünki onlar da, biz də gözləyirdik ki, “Qarabağ” qalib gələcək və Çempionlar Liqasına vəsiqə qazanacaq. Amma hər şey Allahdan asılıdır.

Məni düzgün başa düşməyən hər kəsə yenidən müraciət etmək istəyirəm: Azərbaycan haqqında nəsə pis söz desəm dilim quruyar, bu ölkədə çörək yemişəm.

Qarışqadan fil düzəltmək lazım deyil. Hər kəsə əmin-amanlıq arzu edirəm”.

Xatırladaq ki, karyerası ərzində “Sumqayıt”, “Neftçi”, “Qəbələ”, “Keşlə” kimi klublarda oynamış Qurbanov “Qarabağ”ın qapıçısının müdafiəsinə qalxarkən “dünən siz Şahruddin qışqırırdız, bu gün çaqqal kimi hücum edirsiniz” sözlərini yazmışdı.

media-rus

Bənzər xəbərlər