Azərbaycan Hindistan və Monqolustana qarşı
Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir.
Msport.az xəbər verir ki, bu gün 9-cu turun görüşləri keçiriləcək.
Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları da bu gün növbəti oyunlarını keçirəcək. Kişi şahmatçılarımız Hindistanın 2-ci komandası ilə, qadınlardan ibarət yığma isə Monqolustanla görüşəcək.
Hazırda kişilərdən ibarət milli komanda 13 xalla 6-cı, qadın şahmatçılar isə 12 xalla 8-ci pillədə qərarlaşıb.
Ümumdünya Şahmat Olimpiadası
9-cu tur
7 avqust
Kişilər
Hindistan-2 – Azərbaycan
Qukeş Dommaracu – Şəhriyar Məmmədyarov
Nixal Sarin – Rauf Məmmədov
Rameşbabu Praqqnanandha – Vasif Durarbəyli
Raunak Sadvani – Nicat Abbasov
Qadınlar
Azərbaycan – Monqolustan
Günay Məmmədzadə – Enhtul Altan-Ulzi
Xanım Balacayeva – Bayarjarqal Bayarmaa
Gövhər Beydullayeva – Turmunk Munheul
Gülnar Məmmədova – Bat-Erdene Munquneul