Azərbaycan komandası şahmat olimpiadasında bürünc medal qazandı
Azərbaycan komandası Naxçıvanda təşkil olunan Yeniyetmələrin Şahmat Olimpiadasında bürünc medal qazanıb.
Msport.az xəbər verir ki, Fərid Abbasovun kapitanı olduğu kollektiv yarışın sonuncu turunda “Türkiyə-Anadolu” klubunu 2,5:1,5 hesabıyla məğlub edib.
Bununla da, xalını 13-ə çatdıran ölkəmizin əsas təmsilçisi 3-cü yeri tutub.
Qalib 18 xal qazanan Türkiyənin birinci komandası olub. Özbəkistanın birinci yığması isə ikinci yeri tutub.
Bu gün Naxçıvan olimpiadasının bağlanış mərasimi keçiriləcək.