Azərbaycan-Kosovo görüşünü idarə edəcək hakimlər
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ilkin mərhələsində Kosovo ilə keçirəcəyi oyuna təyinatlar açıqlanıb.
Bu barədə Azərbaycan Futzal Federasiyasından Msport.az-a məlumat verilib. Qarşılaşmanı Çexiya, Macarıstan və Belçikadan olan hakimlər idarə edəcəklər:
Hakimlər: Radim Cep (Çexiya), Adam Çzene-Joo (Macarıstan), Jiri Berqs (Belçika)
Hakim-inspektor: Stefan Veber (Almaniya)
Timekeeper: Laurentiu İlie (San-Marino)
Qeyd edək ki, yanvarın 25-də keçiriləcək Azərbaycan-Kosovo görüşü Serravalledə yerləşən “Multievent Sport Domus” arenasında reallaşacaq. Matç saat 21:00-da başlayacaq.