Azərbaycan - Lixtenşteyn oyununda Avstriyadan olan hakimlər
UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan – Lixtenşteyn oyununun hakimləri açıqlanıb.
Msport.az UEFA-nın saytına istinadən verir ki, D Liqasında 2-ci qrupun oyununu Avstriyadan olan hakimlər briqadası idarəcək.
Baş hakimi Kristian Petru Cioçircaya yan xətdə Maksimilian Veys və Mihael Obritzberger kömək edəcəklər. Dördüncü hakim funksiyasını Safak Barmaksız yerinə yetirəcək.
VAR-da Manuel Şuettengruber, VAR-da Alexander Harkam olacaq.
Azərbaycan – Lixtenşteyn oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.







