featured-image-7513

Bu gün Serbiyanın paytaxtı Belqradda yeniyetmə stolüstü tennisçilərin Avropa çempionatına start verilib.

Msport.az xəbər verir ki, yarışın ilk günündə oğlanlardan ibarət Azərbaycan seçməsi Sloveniya kollektivi üzərində 3:1 hesabı ilə qələbə qazanıb. Komandamız sabah Avstriya millisi ilə üz-üzə gələcək.

İlk oyunda Yunanıstan seçməsinə 1:3 hesabı ilə uduzan qızlardan ibarət milli isə, ardınca Monteneqro komandasına qalib gəlib – 3:0. Qrup mərhələsində növbəti rəqib İsveç kollektivi olacaq.

Mötəbər yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə komanda turniri ilə yanaşı şəxsi, qoşa və qarışıq qoşa yarışlarında da bacarıqlarını göstərəcək. Beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov da, Avropa birinciliyində ölkəmizi təmsil edir.

Avropa çempionatına iyulun 16-da yekun vurulacaq.

Bənzər xəbərlər