featured-image-25436

Albaniyanın U-21 yığmasının baş məşqçisi Alban Buşi Azərbaycan və Polşa milli komandalarına qarşı keçirəcəkləri yoxlama matçları ilə bağlı fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, 50 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında Azərbaycan və Polşanın rəsmi matçlarda üz-üzə gələcəkləri rəqiblərə bənzədiyini bildirib:

“Həm Azərbaycana, həm də Polşaya qarşı iki vacib oyunumuz var. Düşünürəm ki, bu iki görüşün bizə çox köməyi dəyəcək. Xoşbəxtlikdən zədəli futbolçularımız yoxdur. Ümid edirəm ki, mövsümün sonunadək onlardan 90 faizi hazır olacaq. Hazırda bizdə olan 2002-2003 təvəllüdlü oyunçulara çox inanıram. Heyətdə 2004-cü il təvəllüdlülər də var. Çünki növbəti mövsümləri də düşünürük. Onlar gələcəkdə əsas yığmada iştirak edəcəklər. Qarşıdakı yoxlama oyunları komanda və futbolçular üçün faydalı olacaq”.

Xatırladaq ki, Azərbaycanın U-21 millisi martın 20-dən 27-dək Türkiyədə təlim-məşq toplanışında olacaq. Komandamız martın 23-də Albaniya, 26-da isə Sloveniya ilə yoxlama matçı keçirəcək.

Bənzər xəbərlər