featured-image-17359

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti beynəlxalq yoldaşlıq oyununa çıxacaq.

Msport.az xəbər verir ki, Samir Əliyevin çalışdırdığı komandamız İsveç yığması ilə qarşılaşacaq.

Türkiyəli hakimlərin idarə edəcəyi qarşılaşma saat 19:00-da başlayacaq.

Xatırladaq ki, U-21 yığmamız bir neçə gün öncə Antalyada baş tutan ilk sınaq matçında Macarıstan millisinə 0:3 hesabıyla uduzmuşdu.

Bənzər xəbərlər