Azərbaycan millisinin sabiq üzvü Belarus klubundan ayrıldı
Azərbaycan millisinin sabiq üzvü Ruslan Qurbanov Belarusda qalmayıb. Msport.az xəbər verir ki, o, “Slaviya”dan (Mozır) ayrılıb.
Bu barədə futbolçu özü “Sportal”a açıqlamasında məlumat verib.
30 yaşlı futbolçu 2021-ci ildən Mozır klubunda oynayırdı. Hücumçu “Slaviya”da daha çox şans tapmadığına görə orada qalmayıb. Onun bundan sonra hansı klubda forma geyinəcəyi hələ ki, dəqiq deyil.
Azərbaycan millisində 26 oyun keçirmiş Ruslan “Rostov”, “Neftçi”, “Sumqayıt”, “Hayduk” (Split), “Qəbələ”, “Səbail”, “Keşlə” və “Zirə” klublarında oynayıb.