featured-image-8132

Ötən mövsümü “Ankaragücü” klubunda keçirən Hasan Hüseyin Acaq vaxtilə Azərbaycan milli komandasından təklif aldığını bildirib. Msport.az “Sporx”ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu bu haqda belə deyib:

“Gözlənilmədən bir təklif gəldi. O vaxt “Kayserispor”la təlim-məşq toplanışında idim. Türkiyə milli komandasının baş məşqçisi Şenol Güneş də Kayseriyə gəlmişdi. Söhbət əsnasında mənə hər an yığmaya çağrıla bilərəm mesajı vermişdi. Mən də Azərbaycan millisinin təklifini qəbul etmədim. Peşman deyiləm. Çünki Türkiyə millisində oynamaq istəyirəm”.

Qeyd edək ki, mərkəz yarımmüdafiəçisi mövqeyində oynayan futbolçu karyerası ərzində “Eskişehirspor”, “Göztəpə”, “Tokatspor”, “Kayserispor”, “Alanyaspor” və “Ankaragücü” klublarının formasını geyinib.

Bənzər xəbərlər