Azərbaycan Premyer Liqasının ən dəyərliləri - SİYAHI
Azərbaycan Premyer Liqasının ən dəyərli komandası “Qarabağ”dır.
Msport.az xəbər verir ki, “atlılar”ın “transfermarkt”da dəyəri 25.08 milyon avrodur.
“Qarabağ”ın ən dəyərli futbolçuları Kadi Borges, Martin Zlomisliç, Elvin Cəfərquliyev və Pedro Bikalyodur. Onların “bazar qiymətləri” 2 milyon avrodur.
Premyer Liqa klublarının “bazar qiymətləri”:
- Qarabağ – 25.08 milyon avro
- Sabah – 19 milyon avro
- Neftçi – 14.15 milyon avro
- Zirə – 12.58 milyon avro
- Turan Tovuz – 10.98 milyon avro
- Sumqayıt – 8.85 milyon avro
- İmişli – 6.08 milyon avro
- Araz-Naxçıvan – 5.83 milyon avro
- Kəpəz – 5.73 milyon avro
- Qəbələ – 5 milyon avro
- Şəfa – 4.20 milyon avro
- Şamaxı – 3.90 milyon avro.







