Messi topu rəqibin üzünə vurdu - Niyə qırmızı vərəqə almadı?
MLS-in pley-off mərhələsinin ilk raundunda “İnter Mayami” öz meydanında “Kolambus Kru”ya 0:3 hesabı ilə məğlub olub.
Msport.az xəbər verir ki, matçda ən çox müzakirə olunan hadisə Lionel Messinin aut atışı zamanı topu “Kolumbus”un hücumçusu Qonsalo Tapianın üzünə vurması olub.
Baş hakim Allen Çapmen həm Messiyə, həm də Tapiaya sarı vərəqə göstərib.
Çepmen “The Daily Star”a açıqlamasında qərarını belə əsaslandırıb: “Topun atılması zamanı tətbiq olunan güc cüzi idi və hadisə zorakı davranış səviyyəsinə çatmırdı”.







