Azərbaycan şahmatçısı dünya çempionatının mükafatçısı oldu
Azərbaycan şahmatçısı Süleyman Süleymanlı Yunanıstanın Rodos şəhərində təşkil edilən 17 yaşadək məktəblilərin dünya çempionatında gümüş medal qazanıb.
Msport.az xəbər verir ki, o, 7 xalla həmyaşıdları arasında ikinci yeri tutub.
Bu yaş kateqoriyasında 7,5 xal toplayan türkiyəli Adar Tarhan qalib adını qazanıb. Rumıniya təmsilçisi Andrey Filip 6,5 xalla bürünc medala sahib çıxıb.
Qeyd edək ki, başa çatan dünya çempionatında 51 ölkə şahmatçısı iştirak edib.