Azərbaycan şahmatçısı liderliyə yüksəldi
Niderlandın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” turniri sona yaxınlaşır.
Msport.az xəbər verir ki, XII turda Azərbaycan şahmatçısı Aydın Süleymanlı Almaniya şahmatçısı Frederik Sveynə qalib gəlib.
Bu, Süleymanlının turnirdə 6-cı qələbəsi olub. Aktivində 8,5 xal olan Aydın əlavə göstəricilərdə rəqiblərini qabaqlayaraq birinci yerdə qərarlaşıb.
Bu gün yarışda son turun görüşləri keçiriləcək.