featured-image-9509

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası davam edir.

Msport.az xəbər verir ki, bu gün 6-cı turun oyunları keçiriləcək.

Azərbaycanın kişi və qadınlardan ibarət milliləri də növbəti görüşlərinə çıxacaq.

Ötən gün Kubadan ilk məğlubiyyətini almış kişilərdən ibarət yığma bu dəfə Slovakiya ilə qarşılaşacaq. Qadınlardan ibarət milli isə Qazaxıstanla münasibətlərinə aydınlıq gətirəcək.

5 turdan sonra Azərbaycanın kişilərdən ibarət millisi 7 xalla 37-ci yerdə qərarlaşıb. Qadınlardan ibarət yığma isə 9 xalla 5-cidir.

Ümumdünya Şahmat Olimpiadası
6-cı tur
3 avqust

Slovakiya – Azərbaycan

Viktor Qazik – Şəhriyar Məmmədyarov
Yuray Druşka – Qədir Hüseynov
Xristofer Repka – Vasif Durarbəyli
Lyubomir Ftaçnik – Nicat Abbasov

Azərbaycan – Qazaxıstan

Günay Məmmədzadə – Jansaya Əbdumalik
Gövhər Beydullayeva – Bibisara Assaubayeva
Gülnar Məmmədova – Kseniya Balabayeva
Ülviyyə Fətəliyeva – Qulisxan Naxbayeva

Bənzər xəbərlər