featured-image-8386

Rusiyalı futbol meneceri Vladimir Abramov Artyom Dzyubanın gələcək karyerası haqqında danışıb. Msport.az yerli mətbuata istinadən xəbər verir ki, o, 33 yaşlı hücumçunun Azərbaycana gəlməsinin mümkün olduğunu bildirib:

“İndiki dünyada pul hər şeydən üstündür, o şərtləri diqtə edir. Ona görə də belə məsələlər realdır. Müəyyən mənada Dzyubanın Azərbaycana getməsi Sankt-Peterburqa tüpürməkdir. Son dörd ildə ölkənin ən yaxşı futbolçusu olub Peterburqa böyük şöhrət gətirib. “Zenit”in 2 milyonu tapılmadı ki, heç olmasa o, ehtiyatda otursun?

Əlbəttə, Azərbaycan klubları Dzyubaya əməkhaqqı verməyə pul taparlar. Azərbaycan varlı ölkədir. Onlar yaxşı pulu var, başa düşürlər ki, Dzyuba reklamdır, kassadır. Lakin bunu Medvedev başa düşmür. Arşavindən sonra Piterin bu səviyyədə futbolçusu olmayıb. “Zenit”də indi heç kim belə böyüklük edə bilmir. İndi Artyomun pula həris olduğu hissi yaranıb. Alver edir. Türklər 2,5 milyon versəydilər, o, bu ölkəyə gedərdi”.

Bənzər xəbərlər