featured-image-16803

Noyabrın 13-də “Dalğa Arena”da qadın futbolçulardan ibarət Azərbaycan və Xorvatiya yığmaları arasında keçiriləcək yoxlama oyununda hakim dəyişikliyi olub.

Msport.az xəbər verir ki, dördüncü hakim funksiyasını Əli Əliyev yox, Əkbər Əhmədov yerinə yetirəcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk sınaq matçında qalib müəyyənləşməyib – 0:0.

Azərbaycan – Xorvatiya
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
13 noyabr. Dalğa Arena. Saat 15:00.

Bənzər xəbərlər