featured-image-24319

Futzal üzrə Yunanıstan millisinin baş məşqçisi İoannis Ziavas dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, 2:5 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Azərbaycan millisinin təbrik edirəm. Qrupun son oyununda onlara uğurlar arzulayıram. Azərbaycan yığması bizdən daha güclü komandadır. Şanslarımız oldu, amma istifadə edə bilmədik. Bu da rəqibin səviyyəsindən irəli gəlirdi. Çünki onlar bizə bu imkanı vermədilər. Çətin olacağını əvvəlcədən bilirdik. Nəticəni unutmalı, irəli baxmalıyıq”.

Bənzər xəbərlər