featured-image-25272

İsveç yığmasının baş məşqçisi Yanne Andersson AÇ-2024-ün seçmə mərhələsindəki şanslarını dəyərləndirib.

Msport.az xəbər verir ki, o, yer aldıqları F qrupunda Belçika və Avstriyanı özlərinə əsas rəqib adlandırıb:

“Yeni turnirə başlamaq yaxşı hissdir. Futbolçular üçün fərqli çağırış olur. Belçika dünya çempionatından əvvəl dünya reytinqində ikinci yerdə idi. Onlar gözləniləndən bir qədər pis mundial keçirdilər. Ancaq yenə də uzun müddət idi komanda olaraq dominantlıq edirdilər. Qrupda favorit kimi hər hansı komanda seçmək lazımdırsa, bu, Belçikadır. Biz də Avropa çempionatına yollanmaq istəyirik. Amma Azərbaycan və Estoniya yığmaları bizdən geridə olmasalar, Avropa çempionatına gedə bilmərik. Bu uğuru səkkiz oyun seriyasında əldə etməliyik. Ya Avstriya, ya da Belçikanı geridə qoymalıyıq”.

Xatırladaq ki, İsveç yığması qrupda ilk iki oyununu martın 24-də və 27-də müvafiq olaraq Belçika və Azərbaycan yığmalarına qarşı keçirəcək.

Bənzər xəbərlər