featured-image-23967

Martın 3-də Bakı İdman Sarayında futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Msport.az xəbər verir ki, rəqib Yunanıstan yığması olacaq.

Komandamız ellada təmsilçisi ilə 5-ci dəfə rəsmi görüşdə üz-üzə gələcək. Buna qədər keçirilən 4 duelin hamısında qələbəni millimiz qazanıb. Bu oyunlarda rəqib qapısına 22 qol vuran komandamız cəmi 3 dəfə topu torundan çıxarıb. Son 3 dueldə isə futzalçılarımız qapısını toxunulmaz saxlayıb.

DÇ-2000 (seçmə mərhələ – Xorvatiya)
29.02.2000. Azərbaycan – Yunanıstan 8:3

AÇ-2022 (əsas mərhələ)
02.02.2021 Yunanıstan – Azərbaycan 0:3
14.04.2021 Azərbaycan – Yunanıstan 4:0

DÇ – 2024 (əsas mərhələ)
11.10.2022 Yunanıstan – Azərbaycan 0:7

Bənzər xəbərlər