featured-image-29126

“Bakı” klubunun sabiq futbolçusu Serxio Kontreras Pardo məhkəmə qarşısına çıxıb.

Msport.az xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı keçmiş hücumçu günahını etiraf edib.

O, Avropada narkotik maddələrin alınması və yayılması ilə məşğul olan dəstəyə başçılıq etdiyini bildirib. Veteran forvardı ən azı 6 il həbs cəzası gözləyir.

Qeyd edək ki, Serxio Kontreras Pardo 2019-cu ildə narkotik alverində iştirak etdiyinə görə həbs edilmişdi. O, səkkiz ay həbsdə qaldıqdan sonra 2021-ci ilin iyulunda 15 min avro girov ödədikdən sonra şərti azadlığa buraxılıb. Koke bu ilin martında isə yenidən saxlanılıb.

2012-ci ildə “Bakı”da çıxış etmiş keçmiş futbolçu 4 il sonra karyerasını başa vurub. O, Fransada “Marsel”, İspaniyada “Malaqa” kimi klubların da formasını geyinib.

Bənzər xəbərlər