Azərbaycanın 3 klubu Çempionlar Liqasında?
Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasının 2026/2027 mövsümündə üç komanda təmsil edə bilər.
Msport.az xəbər verir ki, “Zirə” və “Birbaşa Bakı”nın Çempionlar Liqasında oynayacağı dəqiqdir.
“Aznur”un da sözügedən turnirə qatılmaq ehtimalı var. Bu məsələ Avropa Minifutbol Federasiyasının reytinqlə bağlı qərarından sonra dəqiqləşəcək. Komandaların sıralamadakı yeri açıqlandıqdan sonra “Aznur”un Çempionlar Liqasında, yoxsa Avropa Kubokunda çıxış edəcəyi bəlli olacaq.
Federasiyadan minifutbol üzrə Azərbaycan çempionatının oktyabrın ilk həftəsində başlanılmasının planlaşdırılıdığı da bildirilib.
Qeyd edək ki, ötən il Azərbaycan çempionatının qalibi “Zirə” olub. “Birbaşa Bakı” ikinci, “Aznur” isə üçüncü pilləni tutub.







