featured-image-9896

Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir.

Msport.az xəbər verir ki, bu gün 10-cu turun görüşləri baş tutub.

Azərbaycanın həm kişi, həm də qadın şahmatçılardan ibarət yığma komandaları bu gün Ermənistanla qarşılaşıb. Qadınlardan ibarət yığma rəqbini 4:0 hesabı ilə darmadağın edib. Kişilərdən ibarət kollektiv isə məğlubiyyətə üzülüb.

Ümumdünya Şahmat Olimpiadası
10-cu tur
8 avqust

Kişilər

Azərbaycan – Ermənistan – 1:3
Şəhriyar Məmmədyarov – Qabriel Sarqissyan – 0:1
Qədir Hüseynov – Hrant Melkumyan – 0,5:0,5
Vasif Durarbəyli – Manuel Petrosyan – 0,5:0,5
Nicat Abbasov – Robert Hovanisyan – 0:1

Qadınlar

Ermənistan – Azərbaycan – 0:4
Elina Danielyan – Günay Məmmədzadə – 0:1
Lilit Mkrtçyan – Xanım Balacayeva – 0:1
Anna Sarqsyan – Gövhər Beydullayeva – 0:1
Susanna Qaboyan – Gülnar Məmmədova 0:1

Ümumdünya Şahmat Olimpiadasına avqustun 10-da yekun vurulacaq.

Bənzər xəbərlər