featured-image-26084

“Azərbaycanla matçın ilk 20 dəqiqəsində meydanda yox idik”Avstriya yığma komandasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, 4:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk 20 dəqiqə çətin keçdi. Meydanda yox idik, oyuna nəzarəti itirmişdik. İlk hissənin ortalarına doğru təşəbbüsü ələ aldıq. Qapımızı toxunulmaz saxlamaq istədik, amma alınmadı. Ümumilikdə inamlı təsir bağışladıq. Eyni ruhda davam etməliyik”.

Ranqnik qrupdakı digər rəqibləri olan Belçika seçməsinin səfərdə İsveçi 3 cavabsız qolla məğlub etməsinə də toxunub: “Onların Qətərdə keçirilmiş dünya çempionatındakı uğursuzluqdan sonra dəyişəcəyi bəlli idi. Belçika yığmasının top-komanda olması hamıya bəllidir. Rəqibin oyununu görməmişəm. Lakin Stokholmda 3:0 hesabı ilə qalib gəlirsinizsə, bu, keyfiyyət əlamətidir”.

Xatırladaq ki, Azərbaycan millisi qrupda növbəti oyununu martın 27-də Solnada İsveç yığmasına qarşı keçirəcək.

Bənzər xəbərlər