featured-image-16964

Moldova millisinin qapıçısı Dmitri Çelyadnik Azərbaycan və Rumıniya yığmalarına qarşı keçirəcəkləri yoldaşlıq oyunları ilə bağlı fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, 30 yaşlı qolkiper “Moldfootball” nəşrinə müsahibəsində azarkeşləri qələbələrlə sevindirmək niyyətində olduqlarını bildirib:

“UEFA Millətlər Liqasındakı qələbə seriyasını qarşıdakı matçlarda davam etdirmək istəyirik. Bütün ölkənin sevinməsi üçün qələbələr bizə lazımdır. Fanatların yığmanın yanında olmasını istəyirəm. Onları gözəl oyunla sevindirməyə çalışacağıq. Biz kiçik ölkəyik, lakin böyük ürəyə malikik”.

Çelyadnik milliyə böyük məmnuniyyətlə gəldiyini sözlərinə əlavə edib: “Emosiyalar həmişə olduğu kimi, yalnız müsbətdir. Biz tərəfdarlarımızın önündə yaxşı oyun sərgiləməyi planlaşdırırıq. Bu iki görüşdə mübarizə aparmağa çalışacağıq”.

Moldova yığması noyabrın 16-da Azərbaycanla, 4 gün sonra isə Rumıniya millisi ilə üz-üzə gələcək.

Bənzər xəbərlər