Azərbaycanla oyunöncəsi növbəti itki
UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək cavab oyunu öncəsi Litva yığması daha bir itki ilə üzləşib.
Msport.az xəbər verir ki, qapıçı Edvinas Gertmonas heyətdən çıxarılıb. Buna səbəb 30 yaşlı qolkiperin zədədən əziyyət çəkməsidir.
Bu üzdən komandalar arasında Kaunasda baş tutan matçda (1:1) meydana çıxa bilməyən Gertmonas Bakıya gətirilməyəcək. Onun əvəzinə yerli “Hegelmann” klubunun qapıçısı Lukas Paukşte milliyə dəvət edilib. 28 yaşlı qolkiper əvvəllər də bir neçə dəfə yığmaya çağırılmasına baxmayaraq, hələ debüt etməyib.
Qeyd edək ki, Azərbaycan və Litva milliləri arasında oyun oktyabrın 4-də “Palms Sports Arena”da keçiriləcək.







