featured-image-24425

Azərbaycanlı futbolçu Emil Mustafayev Ukrayna Premyer Liqasında dubl edib.Aleksandriya” klubunun formasını geyən yarımmüdafiəçi çempionatın lideri “Dnepr-1″lə oyunda 2 qol vurub – 2:2.

Start heyətində meydana çıxan Mustafayev 31 və 88-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, gənc oyunçu Azərbaycanın U-21 yığmasında 3 oyun keçirib. O, 2021-ci ildə Avstriya (0:3) və Norveçlə (1:2) rəsmi matçlarda meydana çıxıb. Mustafayev ötən il iyunun 7-də  Finlandiya U-21-ə səfərdə 0:3 uduzduğumuz görüşdə də  start heyətində şans əldə edib.

Msport.az-ın əldə etdiyi məlumata görə, yarımmüdafiəçi yaxın vaxtlarda milli komandamıza dəvət oluna bilər. Millinin skautu İlqar Qurbanov Mustafayevin oyunu yaxından izləyir və onun haqqında Canni de Byaziyə məlumat verib.

AYXAN 

Bənzər xəbərlər